Azərbaycan neftinin orta qiyməti ötən həftə 10,5% artıb | Banco.az

Azərbaycan neftinin orta qiyməti ötən həftə 10,5% artıb

Ötən həftə ərzində (7-11 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 125,404 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 11,954 dollar və ya 10,5% çoxdur.

Həftə ərzində ən yüksək göstərici (II gün) – 135,99 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 116,64 dollar səviyyəsində olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram