Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,2% artıb | Banco.az

Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,2% artıb

Ötən həftə ərzində (26-30 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 39,75 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,47 dollar və ya 1,19% çoxdur.

Ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 40,98 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 37,75 dollar səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram