Azərbaycan neftinin ilk hissəsi Mozır zavoduna çatdırılıb | Banco.az

Azərbaycan neftinin ilk hissəsi Mozır zavoduna çatdırılıb

Azərbaycan neftinin birinci eşalonu Belarusun Mozır Neft Emalı Zavoduna (NEZ) çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə "BELTA" agentliyinə Zavodun baş direktoru Sergey Krot bildirib.

S.Krot qeyd edib ki, Mozır zavodunda Azərbaycan neftinin emalına başlanılır: “Zavoda Azərbaycan nefti ilə yüklənmiş ilk dəmiryolu sisternləri gəlib”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edk ki, oktyabrın 19-da 84,7 min ton Azərbaycan nefti Supsa limanından Odessa limanına gətirilib. Odessada neft dəmiryolu sisternlərinə yüklənib və Ukrayna ərazisi ilə Mozır zavoduna göndərilib. Məlumata görə, neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” tərəfindən çatdırılıb.

Mənbə: Report.az