​Azərbaycan nefti kəskin bahalaşıb | Banco.az

​Azərbaycan nefti kəskin bahalaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,06 dollar yaxud 6,18% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,64 dollara bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,54, dünən isə 49,58 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et