Azərbaycan nefti daha 3% ucuzlaşıb | Banco.az

Azərbaycan nefti daha 3% ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar və yaxud 3,13% ucuzlaşıb.

"Report" xəbər verir ki, bu gün "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,41 dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.