Azərbaycan nefti bahalaşıb | Banco.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,19 dollar yaxud 0,34% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,44 dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mənbə: Report

Ən sərfəli krediti almaq üçün müraciət et