Azərbaycan nefti bahalaşdı (VİDEO) | Banco.az

Azərbaycan nefti bahalaşdı (VİDEO)

Nüvə proqramı ilə bağlı İrana tətbiq olunan ağır sanksiyalar səbəbi ilə İran neft hasilatını artırmağı planlaşdırır.

ANS TV-nin məlumatına görə, Rəsmi Tehranın istehsalı artırmaq fikri birjalarda çaxnaşma yaradıb. Light 63, Brent 66 dollara enib. İranın Neft Nazirliyinin nümayəndəsi bildirib ki, neftin qiymətinin sürətlə düşməsini nəzərə alaraq, İran gündəlik hasilatı 4,8 milyon barrelə çatdırmağı nəzərdə tutur. Bu addıma səbəb olaraq OPEK ölkələrinin və Səudiyyə Ərəbistanın neft satışında endirimlər etməsi göstərilib. 

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı krallığı yanvar ayından etibarən Asiya ölkələrinə neft satışını bir barrel üçün 2 dollar ucuzlaşdıracığını açıqlayıb. Amerikalı alıcılar üçün bu endirim bir barrel üçün 30 sent təşkil edəcək. Bütün bu addımlar neftin qiymətinin daha da aşağı düşməsinə və rəsmi Tehranın daha çox neft hasil etmək iddiasına səbəb olub. 

Hazırda dünya bazarında Brent markalı neftin qiyməti 66 dollar 19 sentdir. Azərbaycan nefti isə bahalaşıb. “Azəri Light” markalı neftin 1 barreli London birjasında 67 dollar 79 sentə satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et