Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barel təşkil edəcək.
Bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb.
Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.
Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.
EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.
Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barel təşkil edəcək: "Üçüncü rübdə hasilat 0,79 milyon barel səviyyəsində gözlənilir, dördüncü rübdə isə - 0,77 milyon barel səviyyəsində".