Bu ilin yanvar-iyun aylarında Azərbaycan 162 928,54 min ABŞ dolları dəyərində 606 553,31 ton neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,6% azalıb, həcmi isə 16,4% artıb.
Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!