Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib | Banco.az

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.

Bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verilir.

Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu - 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləməkdir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et