Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək.
Xatırladaq ki, “Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,137 mln. manatdır. BOKT-un təsisçisi Fuad Vaqif oğlu Şıxəliyevdir.