Azərbaycan meyvə-tərəvəz ixracını artırıb | Banco.az

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 389,8 mln. ABŞ dolları dəyərində 390,2 min tona yaxın meyvə-tərəvəz ixrac edib. Hesabat dövründə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 47,3 mln. dollar və ya 13,8 faiz, həcmi isə 23,2 min ton və ya 6,3 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (134,1 min ton), meşə fındığı (16,4 min ton), alma (55,1 min ton) və xurma (27,1 min ton) təşkil edib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et