Azərbaycan meyvə-tərəvəz ixracından 641 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan meyvə-tərəvəz ixracından 641 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan ötən ilin yanvar-noyabr ayları ərzində 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 8% (47 milyon 800 min dollar), miqdarı isə 12.2% (69 min 646 ton) artıb.

2022-ci ilin eyni dövründə Azərbaycandan 593 milyon 388 min dollar dəyərində 572 min 94 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2023-cü ilin 11 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.14%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram