Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-noyabr aylarında 628 milyon dollar dəyərində 610 min 27 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2,1% (13 milyon 187 min dollar), miqdarı isə 4,9% (31 min 713 ton) azalıb.
2023-cü ilin eyni dövründə Azərbaycandan 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında (yanvar-noyabr) meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,58%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,32%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!