Azərbaycan meyvə-tərəvəz ixracından 470 mln. dollardan çox gəlir əldə edib | Banco.az

Azərbaycan meyvə-tərəvəz ixracından 470 mln. dollardan çox gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində 470 milyon 309 min dollar dəyərində 462 min 613 ton meyvə-tərəvəz ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 7.1% (31 milyon 239 min dollar), həcmi isə 11.8% (48 min 837 ton) artıb.

2022-ci ilin 3 rübündə Azərbaycandan 439 milyon 70 min dollar dəyərində 413 min 776 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, bu ilin 9 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.78%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.32%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram