Azərbaycan meyvə-tərəvəz ixracından 400 milyon dollardan çox gəlir əldə edib | Banco.az

Azərbaycan meyvə-tərəvəz ixracından 400 milyon dollardan çox gəlir əldə edib

2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396 min 931 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.1% və ya 23 mln. 170 min dollar, həcmi isə 13.3% və ya 46 min 527 ton artıb. 2022-ci ilin ilk 7 ayında Azərbaycandan 376 milyon 971 min dollar dəyərində 350 min 404 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.93%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.94%-ə bərabər olub.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram