Bu ilin yanvar ayında Azərbaycan 43 min 261,3 ton meyvə ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata görə, ötən ay meyvə ixracından 44 milyon 710,1 min ABŞ dolları gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 22,8 % çoxdur.
Ay ərzində ölkəmizdən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri göndərilib.
"Ölkəmizdə intensiv bağların sahəsinin genişlənməsi, ötən illərdə salınmış intensiv bağların bara düşməsi məhsul istehsalının və ixracının artmasında böyük rol oynayır", - deyə məlumatda qeyd olunub.