Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb | Banco.az

Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar ayında Azərbaycan 29.3 mln. ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, illik müqayisədə 15.4 milyon dollar və ya 2.1 dəfə çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2025-ci ilin yanvar ayında meşə fındığı ixracının ümumi dəyəri 13.9 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (29.3 milyon ABŞ dolları) ikinci, xurma (22.3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram