Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-mart aylarında Azərbaycan 68.3 mln. ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, illik müqayisədə 25.3 milyon dollar və ya 58,8% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında meşə fındığı ixracının ümumi dəyəri 43 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2026-ci ilin ilk rübü ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95.3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (68.3 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (60.8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
