Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, ötən il qurumun valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib, daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq davam etdirilib.

Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram