Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Banco.az AMB-yə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il avqustun 1-nə 4 162,9 mln. ABŞ dolları təşkil edib.

Rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 mln. dollar və ya 2,82% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2016-cı il əvvəli ilə müqayisədə rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 853,8 mln. dollar və ya 17,02% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 338,6 mln. dollar və ya 51,03% azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et