Azərbaycan Mərkəzi Bankına sayca 10-cu baş direktor təyin edilib | Banco.az

Azərbaycan Mərkəzi Bankına sayca 10-cu baş direktor təyin edilib

Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.

Banco.az quruma istinadən xəbər verir ki, bu, Vüsal Xəlilovdur.

Bununla da, AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

V.Xılilov 1987-cı ildə Şəkidə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib, 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramına daxil olub. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya”, 2021-ci ildə isə Harvard Business School-un “Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat” istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib, həmçinin 2014-cü ildə "Oracle" şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatına da yiyələnib, 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində “Tətbiqi Psixologiya” ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb, 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri olub, 2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri işləyib, 2021-ci ilin yanvar ayından indiyə qədər Bankın Texnologiya blokunun baş direktoru vəzifəsini icra edib.

Evlidir, üç övladı var.

Bundan başqa, Akif Bağırov AMB sədrinin müşaviri təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, müşavirlərin sayı 3-ə çatıb.

A.Bağırov 1988-ci ildə Bakıda anadan olub, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ilin fevral ayından “Dəmir Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Dəstəkləmə və müşayiət şöbəsinin Beynəlxalq və kommunal ödənişlər bölməsinin 1-ci dərəcəli proqramçısı vəzifəsi ilə başlayıb, 2014-cü ilin dekabr ayına qədər bankın İnformasiya Texnologiyaları departamentinin HELP DESK bölməsində 1-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələrində işləyib. 2014-2017-ci illərdə “Express Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək bölməsinin mütəxəssisi, 2017-2021-ci illərdə “PAŞA Bank” ASC-də Məlumat təhlükəsizliyi xidmətləri şöbəsində kiçik analitik, mütəxəssis olub, 2021-2023-cü illərdə Bankın Təhlükəsizlik blokunun Məlumat təhlükəsizliyi xidmətləri şöbəsinin rəhbəri vəzifəsini icra edib, 2023-cü ilin oktyabr ayından indiyə qədər AMB sədrinin ofisi şöbəsində məsləhətçi olub.

Evlidir, bir övladı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram