Azərbaycan Mərkəzi Bankı "Total Finans Kredit İttifaqı"na lisenziya verib | Banco.az

Azərbaycan Mərkəzi Bankı "Total Finans Kredit İttifaqı"na lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Total Finans Kredit İttifaqı" MMC-yə lisenziya verilib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verilir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Total Finans Kredit İttifaqı" MMC-ni ötən ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 23A, mənzil 50, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Aytən Vaqif Qızı Qafarovadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et