Prezident İlham Əliyev “Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qanunun tətbiqi və dövlət başçısının 25 aprel 1991-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə”də, 3 yanvar 1999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 30 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də, 26 dekabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”də, 21 noyabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı Mülki Məcəlləyə uyğun olaraq, standart məlumatlandırma formasını 4 ay müddətində təsdiq edib prezidentə məlumat verməli, "Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!