Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 6 144,7 milyon ABŞ dolları təşkil edib.

Bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2%, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11% artıb. 

Report.az