Azərbaycan Respublikasının Mərkəzi Bankı növbəti faiz qərarını sabah açıqlayacaq.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.
Qeyd edək ki, iyunun 26-da keçirilən son iclasda AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!