Azərbaycan Mərkəzi Bankı “Multi Solutions”a lisenziya verib | Banco.az

Azərbaycan Mərkəzi Bankı “Multi Solutions”a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə  Banco.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations” və “Drakaris” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 13-ə çatıb.