Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram