Azərbaycan Mərkəzi Bankı auditə hazırlaşır | Banco.az

Azərbaycan Mərkəzi Bankı auditə hazırlaşır

Bununla bağlı açıq tender elan olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standrtlara uyğun illik auditinin keçirilməsi üçün açıq tender elan edib. "Report" xəbər verir ki, iştirakçılar müvafiq sənədləri martın 31-dək AMB-nin əsas inzibati binasına təqdim etməlidir.

Tender prosedurası aprelin 12-də AMB-nin baş ofisində keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin tender üzrə ən əsas tələblərindən biri iddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi bankların auditində iş təcrübəsinin olması ilə bağlıdır. Qeyd edək ki, iştirak haqqı kimi 200 manat məbləğində vəsait ödənilməlidir.

Tenderin nəticəsi (tenderin qalibi) Azərbaycan Prezidenti tərəfindən təsdiq edildikdən sonra elan ediləcək.