Azərbaycan Mərkəzi Bankı aktivlərini artırıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı aktivlərini artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 22 623,8 milyon manat təşkil edib.

Qurumun maliyyə hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% çoxdur.

AMB-nin aktivlərinin 17 489,5 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 7% çox), 4 309,3 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 12% az), 359,9 milyon manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (0,5% az), 271 milyon manatını isə banklara verilmiş kreditlər (12,8% az) təşkil edib.

2019-cu ildə AMB-nin öhdəlikləri 13,8% artaraq 20 047,4 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 24,4% artaraq 10 405,5 milyon manat, rezident bankların qısamüddətli depozitləri 9% azalaraq 3 075,8 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 69% artaraq 2 734,4 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9% azalaraq 2 721,4 milyon manat, qurumun balans kapitalı isə 42,2% azalaraq 2 576,4 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et