Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib. AMB-dən "Report"a verilən məlumata görə, hərracda 40 mln. manat cəlb edilib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,22% təşkil edib.
Xatırladaq ki, ötən ayla müqayisədə depozit hərracında faizin yüksəlməsi bu gündən AMB-nin uçot dərəcəsini 2,5% artıraraq 9,5%-ə çatdırması ilə bağlıdır.