Azərbaycan məhsulları xaricə - NEÇƏYƏ SATILIR? – SİYAHI, QİYMƏTLƏR | Banco.az

Azərbaycan məhsulları xaricə - NEÇƏYƏ SATILIR? – SİYAHI, QİYMƏTLƏR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 16 milyard 821,6 milyon dollar həcmində 2 917 adda məhsul ixrac edilib. İxracın böyük hissəsi – 91,5%-i enerji daşıyıcılarının, neft, neft məhsulları, qaz və enerjinin payına düşür.

Azərbaycanın bir sıra populyar ixrac məhsullarının xaricə hansı qiymətə satıldığını araşdırılıb.

Beləliklə bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə xaricə 1 milyard 455 milyon 380 min kVt/saat enerji ixrac edilib, müqabilində 62 milyon 947 min 470 dollar əldə edilib. Enerjinin hər kVt/saat-ı xaricə 4,32 sentdən (7,34 qəpik) satılıb. 

Bu dövrdə Azərbaycan xaricə 9 milyard 590 milyon 060 min kubimetr təbii qaz ixrac edib. Müqabilində 1 milyard 882 milyon 541 min dollar gəlir əldə edilib. 

Beləliklə, təbii qazın hər kubmetri 0,19 dollardan (33,4 qəpikdən) ixrac edilib.

Bu dövrdə xaricə 18 min 545 ton meşə fındığı ixrac edilib, müqabilində 101 milyon 221 min dollar gəlir əldə edilib. Fındığın hər kiloqramı xaricə 5,46 dollardan (9 manat 28 qəpikdən) ixrac edilib.

Bu dövrdə Azərbaycan xaricə 139 min 576 ton pomidor ixrac edib, müqabilində 147 milyon 606 min dollar gəlir əldə edilib. Pomidorun hər kloqramı xaricə 1,05 dollardan (1,8 manatdan) ixrac edilib.

Bu dövrdə ölkədən 66 min 661 ton xurma ixrac edilib, müqabilində 47 milyon 555 min dollar gəlir əldə edilib. Xurmanın kiloqramı xaricə 0,71 sentdən (1,2 manatdan) ixrac edilib.

Bu dövrdə xaricə 70 min 155 ton alma ixrac edilib. Müqabilində 28 milyon 798 min dollar gəlir əldə edilib. Nəticədə almanın bir kiloqramı xaricə 0,41 dollara (70 qəpiyə) ixrac edilib.

Bu dövdə xaricə 1 min 187 ton çay ixrac edilib, müqabilində 7 milyon 583 min dollar gəlir əldə edilib. Beləliklə, çayın bir kiloqramı xaricə 6,38 dollardan (10,86 manatdan) ixrac edilib.

Bu dövrdə Azərbaycan xaricə 55 min 530 ton şəkər ixrac edib, müqabilində 24 milyon 155 min dollar gəlir əldə edilib. Beləliklə, şəkərin bir kiloqramı xaricə 0,43 dollardan (74 qəpikdən) ixrac edilir.

Bu dövrdə xaricə 65 min 794 ton pambıq lifi ixrac edilib, müqabilində 91 milyon 841 min dollar gəlir əldə edilib. Nəticədə pambıq lifinin hər kiloqramı xaricə 1,4 dollardan (2,37 manatdan) ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə Azərbaycan xaricə 796 ton ev toyuqları və onların hissələrini ixrac edib, müqabilində 350 min dollar gəlir əldə edilib. Toyuqların hər kiloqramı 0,44 dollardan  (75 qəpikdən ixrac edilib).

Bu dövrdə xaricə 873,1 ton yoqurt ixrac edilib, müqabilində 415,6 min dollar gəlir əldə edilib. Nəticədə yoqurtun kiloqramı xaricə 2,1 dollardan (3,6 manatdan) ixrac edilib.

Bu dövrdə xaricə 1  min 127 ton kərə yağı ixrac edilib, müqabilində 5 milyon 505 min dollar gəlir əldə edilib. Kərə yağının hər kiloqramı xaricə 4,88 dollardan (8,3 manatdan) ixrac edilib.

Bu dövrdə 61 min 644 ton kartof ixrac edilib, müqabilində 26 milyon 794 min dollar gəlir əldə edilib. Kartofun bir kiloqramı xaricə 0,43 dollardan (74 qəpikdən) ixrac edilib.

Bu dövrdə Azərbaycan xaricə 26 min 516 ton albalı-gilas və buna bənzər meyvələr ixrac edib, müqabilində 42,2 milyon dollar gəlir əldə edib. Beləliklə albalı-gilasın bir kiloqramı xaricə 1,59 dollardan (2,7 manatdan) ixrac edilib.

Bu dövrdə xaricə 163,4 ton biyan şirəsi ixrac edilib, müqabilində 1 milyon 156 min dollar gəlir əldə edilib. Nəticədə biyan şirəsinin hər kiloqramı 7,1 dollardan (12 manatdan) ixrac edilib.

Bu dövrdə Azərbaycan xaricə 94,4 ton yaşıl çay ixrac edib. Müqabilində 359,6 min dollar gəlir əldə edib. Nəticədə yaşıl çayın hər kiloqramı xaricə 3,81 dollardan (6,48 manatdan) ixrac edilib.

Bu il ölkədən 8 min 014 ton şaftalı ixrac edilib, 9 milyon 520 min dollar gəlir əldə edilib. Nəticədə şaftalının hər kiloqramı 1,19 dollardan (2,02 manatdan) ixrac edilib.

Bu il xaricə 1 min 764 ton çiyələk ixrac edilib, ölkəyə 3 milyon 161 min dollar gəlir gətirib. Çiyələyin hər kiloqramı xaricə 1,79 dollardan (3,04 manatdan) ixrac edilib.

Bu il xaricə 5 492 ton meyvə şirəsi ixrac edilib, 6 milyon 649 min dollar gəlir əldə edilib, nəticədə şirənin hər kiloqramı 1,21 dollardan (2,06 manatdan) ixrac edilib.

Bu dövrdə xaricə 2 litrdən artıq olmayan qablarda 1 milyon 829 min litr çaxır ixrac edilib, müqabilində 4 milyon 384 min dollar gəlir əldə edilib. Nəticədə çaxırın hər litri 2,4 dollardan (4,07 manatdan) ixrac edilib. 

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et