Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 47,8% azdır.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 91,1% azdır.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib. Bu rəqəm illik müqayisədə 29,7% azdır. Məlumata görə, ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 89,8% azalma deməkdir.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 2,7% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, həcmlərin artımına baxmayaraq, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 87,9% azdır.
2023-cü ilin yanvar-mart ayında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 85,1% çoxdur. 2022-ci ildə Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. 2023-cü ilin hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.
2021-ci ilin ilk yarısında 36 334 ton həcmində maye qaz ixrac edilib. Bu isə 2020-ci ilin eyni müddəti ilə müqayisədə 98% artıb. İxracın dəyəri isə 8.89 milyon ABŞ dolları olub. Bu da illik müqayisədə ixrac dəyərinin 3.3 dəfə artması deməkdir.
İxrac həcminin artması ilə yanaşı, qiymətlərdə də ortalama 68% bahalaşma olub.
2021-ci ilin birinci yarısında Azərbaycan xaricə 31 790 ton həcmində (8.57 milyon dollar) maye halında olan etilen, propilen, butilen və butadien qazlar satıb. Bu 2020-ci ildə 15646 ton (2.48 mln. dollar) idi.
2021-ci ilin hesabat dövründə 4 544 ton (318 min dollar) maye halında butan qazı ixrac edib, bu 2020-ci ildə 2 718 ton (190 min dollar) idi.
Bizi sosial şəbəkələrdən izləyin!!