Azərbaycan manatının real effektiv məzənnəsi azalıb | Banco.az

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi bu il fevralın 1-nə 92,3 bənd təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,1 faiz bəndi azdır. 

Son 1 ildə isə real effektiv məzənnə 2 faiz bəndi artıb.

Xatırladaq ki, milli valyutanın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub.

Ən sərfəli kredit üçün müraciət et

Real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Fevral ayında real effektiv məzənnədə cüzi də olsa artım olacağı proqnozlaşdırılır.