Azərbaycan manatının dövretmə sürəti sabitləşib | Banco.az

Azərbaycan manatının dövretmə sürəti sabitləşib

Bu ilin may ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,26 bənd təşkil edib.

"Report" Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verilir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,06 bənd artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,12 bənd azalıb. Bu ilin yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,2 bənd təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

"Cari vəziyyətdə manatın dövretmə sürətinin sabitləşməsi faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya və dövriyyədə olan manat kütləsində nisbi sabitlik qeydə alınıb. Belə ki, yanvar, fevral və mart aylarında inflyasiyanın sürətlənməsi və dövriyyədə olan manat kütləsinin devalvasiyaya yol açması səbəbindən sterilizasiya edilməsi manatın dövretmə sürətinin artmasına səbəb olub. Qeyd edək ki, manatın dövretmə sürətinin yaxın aylarda ciddi dəyişiklik göstərəcəyi proqnozlaşdırılmır. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin həcmində ciddi dəyişiklik gözlənilmir. Həmçinin, manatın məzənnəsinin sabitləşməsi fonunda inflyasiyanın növbəti aylarda yavaşlayacağı, hətta deflyasiyaya keçməsi ehtimalı mövcuddur.  İqtisadi inkişafın canlanması üçün isə manatın dövretmə sürətinin artması, yəni, dövriyyədə olan pul kütləsinin multiplikator amili vasitəsilə daha yüksək inflyasiya və ÜDM yaratması lazımdır. Buna da başlıca səbəb bankların kreditləşməni dayandırmasıdır", - deyə analitiklər qeyd ediblər. 

Ən sərfəli krediti almaq üçün müraciət et