Azərbaycan kənd təsərrüfatı sektorunda 2015-2016 statistikları | Banco.az

Azərbaycan kənd təsərrüfatı sektorunda 2015-2016 statistikları

Müəllif: Cavid Abasov

Son zamanlar məni düşündürən məsələlərdən biri də Azərbaycanın kənd təsərrüfatı sektorundakı inkişafının hələ də qaydasına düşməməsidir.Görülən islahatlar hələki nəticəsini verməməkdədir. Düşünürəm bir sıra tədbirlərlə böyük irəliləmələr əldə etmək olar. Əlbəttə ki mən bu mövzuya sahibkarlıq baxımdan toxunuram. İşin iqtisadi tərəfinə çox da toxunmayacağam. 

Təəssüflər olsun bu qədər iqlimə malik olan bir ölkədə kənd təsərrüfatı məhsullarında xarici bazarlardan aslı vəziyyətdə olmaqla yanaşı hələ də ekstensiv inkişafdan intensiv inkişafa yönələ bilməmişik. Son zamanlarda texnologiyanın inkişafı ilə bağlı olaraq ağır istehsalata və texnologiya sahəsinə böyük meyillər yaranmışdır. Amma kənd təsərrüfatı sektoru yaddan çıxmamalıdır. Kənd təsərrüfatı sektorunda edilən intensiv işlər böyük xarici kapital şəklində büdcəmizə daxil ola bilər. Qeyd etmək istəiyrəm ki qonşu dövlət Türkiyə 2015-ci ildə sadecə fındıq ixtracatından 2 milyard 837 milyon dollar əldə etmişdir. Siz təsəvvür edin ki bu sadecə bir məhsuldan qazanılan gəlirdir. Bunun üçün də Azərbaycan dövləti ölkəmizdə kənd təsərrüfatı sahibkarlığını inkişaf etdirmək üçün xüsusi proqramlar və yeni layihələr işləməlidir. Sahibkarlığın inkişafını istəyiriksə sahibkarlıq sahəsində böyük paya sahib olan kənd təsərrüfatına xüsusi diqqət yetirməliyik. Sahibkarların məhsullarını rahat şəkildə yerli və xarici bazarlara çıxartması üçün şəraitlər yaradılmalıdır.

Bu yazının davamında sizin üçün 2015 yanvar və 2016 yanvar aylarındakı kənd təsərrüfatı sektoru ilə bağlı statistikaları paylaşacağam.

İlk öncə 2015-ci ilin Azərbaycan kənd təsərrüfatı sektoru statistikalarına nəzər salaq.

2015-ci ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 222,0 milyon manat olmuşdur. Yanvar ayında istehsal olunmuş ümumi kənd təsərrüfatı  məhsulunun 97,8 faizi heyvandarlıq sahəsinin, 2,2 faizi isə bitkiçilik sahəsinin payına düşür.

2015-ci ilin yanvar ayında istehsal olunmuş bütün kənd təsərrüfatı məhsullarının natural ifadədə həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə artmışdır

2015-ci ilin yanvar ayında 16,7 milyon ABŞ dolları həcmində kənd təsərrüfat məhsulları ixrac olunmuş və 2014-cü ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 36,9 faiz artmışdır.

Kənd təsərrüfatı məhsulları üzrə ixracın əsasını təşkil edən meyvə ixracının, həmçinin tütün xammalı və gön-dəri xammalı üzrə ixracın natural ifadədə həcmi əsaslı şəkildə artmışdır. Bunun müqabilində tərəvəz ixracının natural ifadədə həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin Azərbaycan kənd təsərrüfatı sektoru statistikaları

2016-cı ilin yanvar ayın­da kənd təsərrüfatının ümumi məhsulunun fakti­ki qiymətlərlə dəyəri 224,2 milyon manat olmuşdur. Yanvar ayında istehsal olun­muş ümumi kənd təsərrü­fatının məhsulunun 98,2 faizi heyvandarlıq sahəsi­nin, 1,8 faizi isə bitkiçilik sahəsinin payına düşür. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsində məhsul istehsalı 2015-ci ilin müvafiq döv­rü ilə müqayisədə artmışdır.

2016-cı ilin yanvar ayında istehsal olunmuş bütün kənd təsərrüfatı məhsulları­nın natural ifadədə həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə artmışdır. 

2016-cı ilin yan­var ayında 19,7 milyon ABŞ dolla­rı həcmində kənd təsərrüfatı məhsul­ları ixrac olunmuş­dur. Kənd təsər­rüfatı məhsulları ixracının həcmi 2015-ci ilin müvafiq döv­rünə nəzərən dəyər ifadəsində 13,5 faiz artmışdır.

2015-ci ilin müvafiq dövrünə nisbətən meyvə, tütün xammalı və gön-dəri xammalı­nın natural ifadədə ixracı azalmış, tərəvəz, çay və pambığın natural ifadədə ixracı isə artmışdır.

Statistikalar hər il əvvəlki ilə nisbətən artımın olduğunu göstərsə də, real vəziyyət heç də qane edici deyildir. Ümid edirik ki, yaxın gələcəkdə bütün sektorlarda sürətli inkişaf olacaqdır o cümlədən də kənd təsərrüfatı sektorunda.

Statistikalar AzərbaycanRespublikasının Kənd Təsərrüfatının rəsmi saytından götürülmüşdür.