Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib | Banco.az

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 29,14 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.

“Speedtest Global Index”ə istinadən xəbər verilir ki, bu iyun ayı ilə müqayisədə 1 pillə geriləmədir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,44 MB/S), sonuncu yeri isə Kuba (1,86 MB/S) tutub.

Məlumata görə, ölkəmiz iyulda mobil internetin sürətinə görə isə 143 ölkə arasında 41,77 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə iyuna nisbətən 3 pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (205,77 MB/S), sonuncu - 143-cü yeri isə Kuba (3,87 MB/S) tutub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram