Azərbaycan İtaliyaya investisiyalarını 73% artırıb | Banco.az

Azərbaycan İtaliyaya investisiyalarını 73% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan İtaliya iqtisadiyyatına 125 milyon 123 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52 milyon 744 min ABŞ dollar və ya 72,9% çoxdur.

Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 4,9% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram