Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 3 milyard 20 milyon 825 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə 5 milyon 338 min 871 ton təşkil edib.
İtaliyanın idxal etdiyi neftin dəyəri 2025-ci ilin eyni dövrünə nisbətdə 67 milyon 276 min dollar və ya 2,2%, miqdarı isə 391 min 876 ton və ya 6,8% azalıb.
Qeyd edək ki, ilk 5 ayda Azərbaycanın ümumi neft ixracının dəyəri 5 milyard 121 milyon 378 min dollar, miqdarı isə 8 milyon 828 min 552 tona bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
