Azərbaycan İtaliyaya 2,8 milyard dollarlıq neft satıb | Banco.az

Azərbaycan İtaliyaya 2,8 milyard dollarlıq neft satıb

Müəllif - Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında İtaliyaya 2 milyard 840 milyon dollar dəyərində 4 milyon 595 min ton neft ixrac edib. Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,6% azdır. Hesabat dövründə İtaliyaya neft ixracının həcmi də illik müqayisədə 2,9% azalıb.

Qeyd edək ki, hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Belə ki, yanvar-may aylarında 2 ölkə arasında ticarət dövriyyəsi 7 milyard 596 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et