Azərbaycan İtaliyaya 23,5 mln. dollarlıq qeyri-neft məhsulları satıb | Banco.az

Azərbaycan İtaliyaya 23,5 mln. dollarlıq qeyri-neft məhsulları satıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-iyul aylarında İtaliyaya 23 milyon 499 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri illik müqayisədə 17,2 milyon dollar (42,3%) azalıb.

Ötən ilin eyni dövründə Azərbaycanın İtaliyaya qeyri-neft ixracının dəyəri isə 40 milyon 720 min dollar təşkil edib.

Qeyd edək ki, hazırda İtaliya Azərbaycanın əsas neft idxalçısı və ən böyük ticarət tərəfdaşıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram