Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya bu ilin yanvar-aprel aylarında Azərbaycandan 1 milyard 537 milyon 616 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 570 milyon 495 min dollar və ya 27,1% azdır.
Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 28,6% azalaraq 2 milyon 400 min tona çatıb.
Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 3 milyard 42 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!