Azərbaycan İsveçrəyə qeyri-neft məhsullarının ixracını 2 dəfədən çox artırıb | Banco.az

Azərbaycan İsveçrəyə qeyri-neft məhsullarının ixracını 2 dəfədən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 108 milyon 351 min dollar və ya 2,4 dəfə artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında İsveçrəyə qeyri-neft ixracının dəyəri 186 milyon 637 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 78 milyon 286 min dollar olub. 

Hesabat dövründə İsveçrə ən çox qeyri-neft məhsulu ixrac etdiyimiz 3-cü ölkə olub. 

Qeyd edək ki, ilk 7 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 87 milyon 969 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram