Azərbaycan islam bankçılığı ilə Rusiyaya girəcək (VİDEO) | Banco.az

Azərbaycan islam bankçılığı ilə Rusiyaya girəcək (VİDEO)

“Bakı artıq regionda MDB ölkələri arasında maliyyə mərkəzlərindən birinə çevrilib". Bunu Beynəlxalq Bankın İslam Bankçılığı Departamentinin rəhbəri Behnam Qurbanzadə bildirib.

ANS TV-nin “Xəbərçi” proqramının qonağı olmuş Qurbanzadə söyləyib: "Bakının inkişafı bu günkü gündə göz qabağındadır. Başqa respublikalarla müqayisə etsək, həm maliyyə, həm iqtisadi cəhətdən başqa respublikaların göstəricilərinə nisbətdə çox yüksəkdir". 

Noyabrın 15-də Bakıda keçirilən bankirlərin toplantısına toxunan qonaq deyib: "Bu toplantıda islam bankçılığı təmsilçiləri əsasən pərakəndə biznesin inkişafına dair öz fikirlərini söylədi. Bizim ən yüksək nəticəmiz o oldu ki, Azərbaycan MDB ölkələrində ilk dəfə olaraq Beynəlxalq Bankın vasitəsilə islam bankçılığı ilə təmsil olunub və inkişaf gedir. Bundan başqa, bankımızın rəhbərliyi tərəfindən Rusiya bazarında, yəni Azərbaycan Beynəlxalq Bankının Moskva törəmə müəssisəsinin iştirakı ilə Rusiyada 2014-cü ildən islam bankçılığını təqdim olunacaq”

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et