İranla Azərbaycan arasında ötən ilin aprel-dekabr ayları ərzində qeyri-neft ticarətinin həcmi 702 062 ton, pul ekvivalentində isə 326,91 milyon ABŞ dolları təşkil edib.
Xarici KİV xəbər verir ki, bu rəqəmlər keçən ilin eyni dövrü ilə müqayisədə həcm üzrə 32,74%, pul ekvivalentində isə 35,49% artıb.
Azərbaycan bu dövrdə İranın səkkizinci ən böyük tərəfdaşı olub.
İran Azərvaycana maye təbii qaz, dəmir və polad borular ixrac edib və ümumi dəyəri 13,65 milyon dollar olan 36,255 ton mal idxal edib. Bu rəqəmlər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq, 15,5% və 16,85% çoxdur.
İdxala əsasən karbonlu dəmir və polad məhsulları, jmıx və arpa daxil olub.
Report.az