Azərbaycan iqtisadiyyatında artım tempi daha da sürətlənib | Banco.az

Azərbaycan iqtisadiyyatında artım tempi daha da sürətlənib

2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 milyard 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin 8 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artmışdır.

ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti,  1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5466,1 manata bərabər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et