2019-cu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 711,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,6 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu, Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0 faiz artmışdır.
Ümumi sərmayənin 60,3 faizi məhsul istehsalı obyektlərinin, 30,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9,2 faizi isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3 faiz, büdcə vəsaitləri 22,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, bank kreditləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 0,7 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.
Marja