“Azərbaycan iqtisadiyyatı son 20 ildə 4 dəfədən çox böyüyüb” | Banco.az

“Azərbaycan iqtisadiyyatı son 20 ildə 4 dəfədən çox böyüyüb”

Son 20 ildə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli inkişaf mərhələsi keçib, 4 dəfədən çox böyüyüb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

“Artıq ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, makroiqtisadi dayanıqlılıq, iqtisadi artımın inklüzivliyi təmin edilib, cəmiyyətin həyat səviyyəsi xeyli yüksəldilib, infrastruktur müasirləşdirilib, iqtisadiyyatımızın instusional mühiti xeyli yaxşılaşdırılıb. Azərbaycan maliyyə bazarları da son illər davamlı inkişafla xarakterizə olunur”, – deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram