Azərbaycan iqtisadiyyatı ilk dörd ayda 1,2% azalıb | Banco.az

Azərbaycan iqtisadiyyatı ilk dörd ayda 1,2% azalıb

 Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 20 139,8 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

Bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 075,5 manata bərabər olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et