Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq - BMT | Banco.az

Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq - BMT

Azərbaycan iqtisadiyyatı bu il 4%, 2023-cü ildə isə 4,1% artacaq.

Bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.

Hesablamalara görə, Azərbaycanda 2021-ci ildə real ÜDM-nin artım tempi 4,9% təşkil etməlidir.

Qeyd edək ki, son məlumatlara görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda real ÜDM illik müqayisədə 5,3% artıb. Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə son proqnozunun əsas ssenarisinə görə (neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları), 2021-ci ildə Azərbaycanda real ÜDM 5,1% artmalıdır.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et